Azərbaycanın U-19 millisi Latviya ilə qarşılaşacaq
19 yaşadək qadın futbolçulardan ibarət Azərbaycan millisi Avropa çempionatının ilkin seçmə mərhələsində bu gün növbəti oyununa çıxacaq.

Yığma qrupdakı son matçında Latviyada meydan sahibləri ilə üz-üzə gələcək.

Qarşılaşma Bakı vaxtı ilə saat 14:00-da başlayacaq.

Qeyd edək ki, U-19 ilk oyununda Monteneqroya 0:4, Bolqarıstana isə 0:1 hesabı ilə uduzub.

Xəbər 107 dəfə oxundu.