R.S.Hacıyevə “Əməkdar bədən tərbiyəsi və idman xadimi” fəxri adının verilməsi haqqında AZƏRBAYCAN RESPUBLİKASI PREZİDENTİNİN SƏRƏNCAMI
Daxili İşlər orqanlarının şəxsi heyətinin fiziki və döyüş hazırlığının inkişafında xidmətlərinə görə Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin İdman Cəmiyyətinin sədri polis polkovniki Rafiq Soltan oğlu Hacıyevə “Əməkdar bədən tərbiyəsi və idman xadimi” fəxri adı verilsin.

İlham Əliyev,
Azərbaycan Respublikasının Prezidenti
Bakı şəhəri, 30 iyun 2006-cı il.

Xəbər 905 dəfə oxundu.