Azərbaycanın daha bir ağırlıqqaldıranı Dünya Kubokunda qüvvəsini sınayıb | |
Azərbaycanın daha bir ağırlıqqaldıranı Əli Şükürlü Tailandın Phuket şəhərində keçirilən Dünya Kubokunda mübarizə aparıb. 102 kq çəki dərəcəsində çıxış edən idmançı C qrupunda qüvvəsini sınayıb. O, toplam 377 kq (167+210) nəticə göstərib. Şükürlünün yekun sıralamadakı yeri yuxarı qruplardakı yarışlar başa çatandan sonra müəyyənləşəcək. Qeyd edək ki, Dünya Kuboku aprelin 11-də başa çatacaq. Azərbaycan millisi Paris-2024 Yay Olimpiya Oyunlarına lisenziya xarakterli son turnirdə 5 idmançı ilə təmsil olunur. Daha əvvəl Nazilə İsmayılova (45 kq), Ömər Cavadov (73 kq) və İsa Rüstəmov (73 kq) "körpücük" üzərinə çıxıblar. |
|
Xəbər 115 dəfə oxundu. |
|
|