İlin qoluna 2 «Fənər»li namizəddir
FİFA ilin qolu seçilməyə 10 namizədi açıqlayıb. Ferens Puşkaşın adına mükafatın ikinci mərhələsinə 3 namizəd keçəcək. İdman.com.az saytının məlumatına görə, bu üçlük FİFA saytında səsvermə ilə seçiləcək. Yanvarın 7-də elan ediləcək qalibi də azarkeşlər seçəcək. Namizəd onluğa aşağıdakı qollar daxildir.

Futbolçu (komanda) tarix matç
Aqyemanq Badu (Qana yığması) 1 fevral Qana - Qvineya
Atem Ben Arfa («Nyukasl) 7 yanvar «Nyukasl» - «Blekbörn»
Radamel Falkao («Atletiko») 19 may «Amerika» - «Atletiko»
Erik Assli («Vankuver») 16 may «Vankuver» - «Toronto»
Oliviya Himenes (Meksika qadın yığ.) 22 avqust Meksika - İsveçrə
Qaston Mealla («Nasyonal») 29 yanvar «Nasyonal» - «Stronqest»
Lionel Messi (Argentina yığ.) 9 iyul Braziliya - Argentina
Neymar («Santos») 7 mart «Santos» - «İnternasional»
Mussa Sou («Fənərbağça») 17 mart «Fənərbağça» - «Qalatasaray»
- Miroslav Stox («Fənərbağça) 3 mart «Fənərbağça» - «Gənclərbirliyi»

Xəbər 966 dəfə oxundu.