Azərbaycan Basketbol Liqası: “NTD-İndiqo” “Neftçi”yə qalib gəlib | |
Azərbaycan Basketbol Liqasında XVI tura yekun vurulub. Son gündə bir oyun keçirilib. Eyni xala malik “NTD-İndiqo” ilə “Neftçi” komandaları üz-üzə gəliblər. Qarşılaşma birincilərin 94:85 hesablı qələbəsi ilə yekunlaşıb. Bununla xallarının sayını 28-ə yüksəldən “NTD-İndiqo” üçüncü pillədə qərarlaşır və ilk iki sıradakı rəqiblərindən 1 xal geri qalır. “Neftçi” isə 27 xalla dördüncüdür. |
|
Xəbər 97 dəfə oxundu. |
|
|