Hadisə Səlcuq İnana dil çıxartdı?
Türkiyə millisinin danimarkalılara qarşı oyunun əvvəlində pop ulduzu Hadisənin dilini çıxartması böyük əks-sədaya səbəb olub. İdman.com.az saytının məlumatına görə, Türkiyənin Çex Ruspublikası yığmasına qarşı 2010-cu ildə ABŞ-ın Nyu Cersi ştatındakı hazırlıq matçı öncəsi İstiqlal marşını oxuyaraq milliyə dəstək olan Hadisə, 500-cü milli matçda da komandaya formasını geyinərək dəstək olarkən oyunun gündəminə çıxıb.

«Axşam» qəzeti bu hadisəni gündəmə çıxardaraq «Dillərə dastan» başlığı altında verdiyi xəbərdə Hadisənin söylədiyi bir mahnı əsnasında dilini ehtiyat oyunçular skamyasında əyləşən Səlcuq İnana çıxartdığı və bu cütlüyün öz aralarında bu şəkildə anlaşdığı iddia edilib.

Ancaq qəzetdə verilən xəbərin əksinə olaraq, Hadisənin mahnı oxuduğu anda futbolçuların soyunub-geyinmə otağından yenicə çıxdığı və tuneldə gözləməyə başladıqları ortaya çıxıb. Konsert əsnasında, Hadisənin söylədiyi mahnı zamanı etdiyi hərəkətin isə tribunada matçı izləyən azarkeşlərə istiqamətləndiyi məlum olub.

Xəbər 1073 dəfə oxundu.