Qubada kros qaçışı üzrə yaz ölkə çempionatı keçiriləcək
Gənclər və İdman Nazirliyi, Azərbaycan Atletika Federasiyasının təşkilatçılığı ilə Qubada kros qaçışı üzrə yaz ölkə çempionatı keçiriləcək.

Yarış aprelin 7-də reallaşacaq.

Çempionatda müxtəlif regionları təmsil edən 20 komandanın 200-dən çox idmançısı mübarizə aparacaq.

Həmin gün saat 11:00-da isə Quba Olimpiya İdman Kompleksində açılış mərasimi baş tutacaq.

Xəbər 112 dəfə oxundu.