Bakıda bilyard üzrə Azərbaycan çempionatı keçiriləcək
Aprelin 20-22-si aralığında Bakıdakı “Legend” bilyard klubunda sərbəst piramida üzrə Azərbaycan birinciliyi baş tutacaq.

Yarışda ölkənin müxtəlif yerlərindən ən yaxşı oyunçular bir araya gələrək, çempion adı uğrunda mübarizə aparacaqlar.

Çempionatın keçirilməsində əsas məqsəd bilyardın geniş auditoriya arasında populyarlaşdırılmasıdır.

Xəbər 109 dəfə oxundu.