Avropa Olimpiya Təsnifat turniri: bu gün Bakıda qadın güləşçilər mübarizə aparacaqlar | |
Bakıda təşkil edilən Avropa Olimpiya Təsnifat turnirində bu gün qadın güləşçilər mübarizəyə qoşulacaqlar. Yarışın ikinci günündə Azərbaycanın 5 idmançısı qüvvəsini sınayacaq. Mariya Stadnik (50 kq) 1/4 finaldan çıxış edəcək. Dünya və Avropa çempionu yarımfinal yolunda Ana Mariya Pirvu (Rumıniya) – Qabija Dilite (Litva) cütünün qalibini sınağa çəkəcək. Elnurə Məmmədova (53 kq) ilk mərhələdə Veronika Ryabolova (Şimali Makedoniya) ilə qarşılaşacaq. Jalə Əliyeva (57 kq) da yarışa 1/4 finaldan start verəcək. Həmyerlimiz yarımfinala yüksəlmək üçün Otelye Hoye (Norveç) – Alina Akobya (Ukrayna) görüşünün qalibini üstələməlidir. Birgül Soltanovanın (62 kq) təsnifat mərhələsində rəqibi fransalı Amelin Duarre olacaq. Elis Manolova (68 kq) isə ilk mərhələdə bolqarıstanlı Mimi Xristova ilə üz-üzə gələcək. Qeyd edək ki, Avropa Olimpiya Təsnifat turnirinin ilk günündə Azərbaycanın yunan-Roma güləşçiləri uğursuz çıxış ediblər. Turnirə aprelin 7-də sərbəst güləşçilərin mübarizəsi ilə yekun vurulacaq. |
|
Xəbər 85 dəfə oxundu. |
|
|