Azərbaycan Premyer Liqası: XXIX tur bir oyunla start götürür | |
Bu gün futbol üzrə Azərbaycan Premyer Liqasında XXIX tura start veriləcək. Günün yeganə matçında "Araz-Naxçıvan" "Kəpəz"lə üz-üzə gələcək. "Liv Bona Dea Arena"da gerçəkləşəcək qarşılaşma saat 20:00-da başlayacaq. Naxçıvan klubu 32 xalla 8-ci, Gəncə təmsilçisi 27 xalla 9-cu pillədə qərarlaşıb. Qeyd edək ki, XXIX turun digər görüşləri 6-7 apreldə olacaq. |
|
Xəbər 74 dəfə oxundu. |
|
|