Azərbaycan boksçusu Avropa birinciliyinə qələbə ilə başlayıb
Azərbaycan boksçusu Məhəmmədəli Qasımzadə Xorvatiyanın Poreç şəhərində keçirilən gənclər arasında Avropa birinciliyinə qələbə ilə başlayıb.

60 kq çəkidə mübarizə aparan milli üzvü 1/16 finalda Demurovi Levanla (Gürcüstan) qarşılaşıb.

Hər 3 raund həmyerlimizin qələbəsi ilə yekunlaşıb. Qasımzadə növbəti görüşdə Cemmal Mohamed Ali Camellə (Fransa) üz-üzə gələcək. Bu döyüş aprelin 7-də baş tutacaq.

Qeyd edək ki, Azərbaycan millisi Avropa birinciliyinə 11 boksçu ilə yollanıb.

Xəbər 82 dəfə oxundu.