Azərbaycan Premyer Liqasında XXVIII tur başa çatacaq
Bu gün futbol üzrə Azərbaycan Premyer Liqasında XXVIII tura yekun vurulacaq.

Sonuncu matçda "Sumqayıt" "Araz-Naxçıvan"ı qəbul edəcək.

"Gənclik şəhəri" təmsilçisi 39 xalla beşinci, qonaqlar 32 xalla səkkizinci pillədə qərarlaşıblar.

Azərbaycan Premyer Liqası

XXVIII tur

18:00. Sumqayıt” – “Araz-Naxçıvan”

Hakimlər: Kamranbəy Rəhimov, Şirmamed Mamedov, Zöhrab Abbasov, Əli Əliyev.

Hakim-inspektor: Barış Şimşək.

AFFA nümayəndəsi: Elgiz Abasov.

Mehdi Hüseynzadə adına Sumqayıt şəhər stadionu

Qeyd edək ki, bu turda "Neftçi" "Qəbələ"ni (1:0), "Qarabağ" "Kəpəz"i (6:1), "Zirə" "Sabah"ı (1:0) məğlub edib. "Səbail" - "Turan Tovuz" görüşündə qalib müəyyənləşməyib - 1:1.

Xəbər 101 dəfə oxundu.