Minifutbol çempionatı: “Zirə” növbəti qələbəsini qazanıb | |
Minifutbol üzrə Azərbaycan çempionatında XV tura start verilib. Ilk gündə 4 oyun keçirilib. Lider “Zirə” autsayderlər zonasında qərarlaşan “Atəşgah Suraxanı”nı asanlıqla məğlub edib. “Zirə” bununla ardıcıl 15-ci qələbəsini qazanıb. Liderlər qrupunda qərarlaşan “Odlar Yurdu” da turu 3 xalla başa vurub. Son çempion “Birbaşa Bakı” isə bu gün meydana çıxacaq. Qeyd edək ki, turun “Turan” – “Aznur”, “Galaxy Baku” – “Abşeron”, “Veteran” – “Birbaşa Bakı” və “İnter” – “Siyəzən” oyunları bu gün keçiriləcək. Azərbaycan çempionatı XV tur “Sumqayıt” – “Dirçəliş” 2:2 “Odlar Yurdu” – “Dinamo Gəncə” 8:4 “Zirə” – “Atəşgah Suraxanı” 6:1 “Real Bakı” – “Baku Fire” 6:2 |
|
Xəbər 138 dəfə oxundu. |
|
|