Serbiyanın “Partizan” klubunun Bakıya gələcəyi vaxt müəyyənləşib
Avropa Liqasının qrup mərhələsində “Neftçi”nin qonağı olacaq Serbiyanın “Partizan” klubunun Bakıya gələcəyi vaxt müəyyənləşib. Belqrad təmsilçisini gətirəcək təyyarə noyabrın 21-də, saat 15.15-də Heydər Əliyev adına beynəlxalq hava limanına enəcək.
“Partizan”ın futbolçuları Bakıdakı “Hyatt Park” otelində məskunlaşacaq. Komandanın məşq prosesinin və mətbuat konfransının vaxtı hələ dəqiqləşməyib.

Xəbər 982 dəfə oxundu.