FİFA reytinqində milli komandaların qərarlaşacağı yerlər artıq məlumdur
Dekabrın 19-da rəsmən açıqlanacaq 2012-ci ilin son FİFA reytinqində milli komandaların qərarlaşacağı yerlər artıq məlumdur. Azərbaycan yığması yeni ili 115-ci pillədə qarşılayacaq.

Tanınmış www.football-rankings.info saytının hesablamalarına əsasən, yeni reytinqdə millimiz indiki kimi 277 xalla qalacaq. Noyabr reytinqində bu göstərici ilə 123-cü olan komandamız 8 pillə geriləyəcək. Buna Şimali İrlandiyadakı heç-heçə səbəb olacaq.

Belə ki, DÇ-2014-ün seçmə mərhələsinin Belfastdakı qarşılaşması 1:1 hesabı ilə başa çatmaqla yığmamızın irəliləməsi ilə nəticələnəcək. Bununla da komandamız 105-ci pilləyə qalxmaq imkanını qaçırıb. Belə ki, qələbə qazanacağı halda yığmamız 333 xalla 104-cü yerə yüksələcəkdi. 56 xal qazanmaq şansının itirilməsi 11 pillə geri düşməyə səbəb olub.

Yığmamızla heç-heçə edən britaniyalılar isə 367 xalla 5 pillə irəliləyərək 95-co pilləyə qalxacaq. DÇ-2014-ün seçmə mərhələsindəki digər rəqiblərimizdən Portuqaliya (1144) 3 pillə geriləyərək 7-ci pilləyə düşəcək, Rusiya isə 1070 xalla 9-cu, 454 xalı olan İsrail 78-ci yerdə qalıb. 3 pillə geriləyən Lüksemburq 172 xalla 147-ci olacaq.

Qeyd edək ki, siyahının ilk 3 pilləsində dəyişiklik gözlənilmir. İspaniya (1606), Almaniya (1437) və Argentina (1256) yenə ön sıralarda olacaq.

Xəbər 1038 dəfə oxundu.