Olimpiya çempionu İ.V.Rıskala Azərbaycan Respublikası Prezidentinin Xüsusi Olimpiya təqaüdünün verilməsi haqqında AZƏRBAYCAN RESPUBLİKASI PREZİDENTİNİN SƏRƏNCAMI
Azərbaycan Respublikası Prezidentinin “Azərbaycanın olimpiya çempionları üçün Azərbaycan Respublikası Prezidentinin xüsusi olimpiya təqaüdlərinin təsis edilməsi haqqında” 2002-ci il 10 oktyabr tarixli 798 nömrəli Fərmanına (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2002-ci il №10, maddə 594; Azərbaycan Respublikası Prezidentinin 2006-cı il 15 may tarixli 405 nömrəli Fərmanı) uyğun olaraq qərara alıram:
1. Olimpiya çempionu Rıskal İnna Valeriyevnaya Azərbaycan Respublikası Prezidentinin xüsusi olimpiya təqaüdü verilsin.
2. Azərbaycan Respublikasının Nazirlər Kabineti bu Sərəncamdan irəli gələn məsələləri həll etsin.

İlham Əliyev,
Azərbaycan Respublikasının Prezidenti
Bakı şəhəri, 1 iyun 2006-cı il.

Xəbər 963 dəfə oxundu.