Azərbaycanın U-21 yığması bu gün İngiltərə ilə qarşılaşacaq | |
21 yaşadək futbolçulardan ibarət Azərbaycan millisi Avropa çempionatının seçmə mərhələsində bu gün növbəti oyununu keçirəcək. F qrupunda yer alan yığma liderlər qrupunda qərarlaşan İngiltərə ilə qarşılaşacaq. “Qarabağ Arena”da baş tutacaq görüş saat 16:00-da start götürəcək. Matçı Bosniya və Herseqovinadan olan hakim Antoni Bandiç idarə edəcək. İngiltərə yığması 12 xalla qrupda ikinci pillədə qərarlaşıb. 4-cü sıradakı Azərbaycan millisinin hesabında 3 xal var. Qeyd edək ki, Samir Əliyevin kollektivi martın 26-da eyni məkanda qrupun lideri Ukraynanı qəbul edəcək. Avropa çempionatının seçmə mərhələsi F qrupu 22 mart 16:00. Azərbaycan – İngiltərə Baş hakim: Antoni Bandiç (Bosniya və Herseqovina). Bakı, “Qarabağ Arena”. |
|
Xəbər 150 dəfə oxundu. |
|
|