Azərbaycanın 7 gimnastı beynəlxalq turnirdə iştirak edəcək
Azərbaycanın 7 gimnastı Qazaxıstanın Almatı şəhərində keçiriləcək beynəlxalq turnirdə iştirak edəcək.

Hüseyn Əsədullayev, Aleksey Karataşov, Xətai Hümbətov, Əliəkbər Hadi, Sənan Rzazadə, Nazim Nağı və Uğur Cəfərli yarışda qüvvələrini sınayacaqlar.

Onlar bu gün startı veriləcək turnirdə tamblinq növündə mübarizə aparacaqlar.

Qeyd edək ki, martın 22-dək davam edəcək yarışa idmançılarla birlikdə beynəlxalq dərəcəli hakim Rahib Əliyev və məşqçi Yasir Tanrıverdiyev də yollanıblar.

Xəbər 126 dəfə oxundu.