Azərbaycanın cüdo hakimləri beynəlxalq yarışları idarə ediblər
Azərbaycanın cüdo hakimləri Avropa Cüdo Birliyinin təşkilatçılığı ilə keçirilən beynəlxalq yarışları idarə ediblər.

A kateqoriyalı beynəlxalq dərəcəli hakim Nazim Umbayev və B kateqoriyasına malik Ülvi Əliyev Latviyanın paytaxtı Riqada təşkil edilən böyüklər arasında Avropa Kubokunda fəaliyyət göstəriblər.

A kateqoriyalı referi Fariz Hüseynov isə Xorvatiyanın Poreç şəhərində baş tutan yeniyetmələr arasında Avropa Kubokunda ədalət təmsilçiləri arasında yer alıb.

Xəbər 117 dəfə oxundu.