Premyer Liqa: “Kəpəz” və “Qəbələ” bu gün səfər oyununa çıxacaqlar
Azərbaycan Premyer Liqasında XXVII tur davam edir.

Bu gün daha iki oyun keçiriləcək.

İlk olaraq “Zirə” Tofiq Bəhramov adına Respublika stadionunda ev matçına çıxacaq. Rəşad Sadıqovun kollektivi “Kəpəz”i qəbul edəcək. Hazırda qəsəbə təmsilçisi 36 xalla 6-cı, gəncəlilər isə 27 xalla 9-cu pillədə qərarlaşıblar.

Ardından “Araz-Naxçıvan”la “Qəbələ” üz-üzə gələcəklər. Naxçıvan komandası yuxarı pillələrdəki rəqiblərdən daha da uzaq düşməmək üçün “Liv Bona Dea Arena”da qələbə qazanmağa çalışacaq. Azər Bağırovun kollektivi 31 xalla səkkizincidir. Hesabında 15 xal olan “Qəbələ” isə çempionatın autsayderidir.

Turun açılış matçında “Neftçi” “Səbail”i böyük hesabla (3:0) məğlub edib. Turun “Turan Tovuz” – “Qarabağ” və “Sumqayıt” – “Sabah” görüşləri martın 17-də keçiriləcək.

Premyer Liqa
XXVII tur
16 mart

16:00. “Zirə” – “Kəpəz”
Hakimlər: Kamal Umudlu, Kamran Bayramov, Asiman Əzizli, Kamran Əliyev.
VAR: Əliyar Ağayev.
AVAR: Zeynal Zeynalov.
Hakim-inspektor: Zöhrab Qədiyev.
AFFA nümayəndəsi: Elman Musayev.
Tofiq Bəhramov adına Respublika stadionu

18:30. “Araz-Naxçıvan” – “Qəbələ”
Hakimlər: Elçin Məsiyev, Elşad Abdullayev, Pərvin Talıbov, Fərid Hacıyev.
VAR: Cavid Cəlilov.
AVAR: Müslüm Əliyev.
Hakim-inspektor: Ceyhun Haşımov.
AFFA nümayəndəsi: Elçin Mehtiyev.
“Liv Bona Dea Arena”

Xəbər 26 dəfə oxundu.