Premyer Liqa: "Qarabağ" "Turan Tovuz"un, "Sabah" "Sumqayıt"ın qonağı olacaq
Bu gün futbol üzrə Azərbaycan Premyer Liqasımda XXVII tura yekun vurulacaq.

Sonuncu gündə daha iki oyun keçiriləcək.

İlk matç Tovuzda baş tutacaq. Şəhərin eyniadlı komandası "Qarabağ"ı qəbul edəcək. Meydan sahibləri 35 xalla 7-ci pillədə qərarlaşıb. Ağdam klubu 63 xalla liderdir.

Tura "Sumqayıt" - "Sabah" qarşılaşması ilə yekun vurulacaq. "Gənclik şəhəri" təmsilçisi 39 xalla 4-cü, qonaqlar 37 xalla 5-ci yerdədir.

Azərbaycan Premyer Liqası

XXVII tur

17 mart

16:00. “Turan Tovuz” – “Qarabağ”
Hakimlər: Tural Qurbanov, Vüsal Məmmədov, Rəhman İmami, Əli Əliyev.
Hakim-inspektor: Orxan Məmmədov.
AFFA nümayəndəsi: Elçin Məmmədov.
Tovuz şəhər stadionu

19:00. “Sumqayıt”– “Sabah”
Hakimlər: Əliyar Ağayev, Zeynal Zeynalov, Akif Əmirəli, Rauf Cabarov.
Hakim-inspektor: Vüsal Əliyev.
AFFA nümayəndəsi: Rüfət Əmirov.
Mehdi Hüseynzadə adına Sumqayıt şəhər stadionu

Qeyd edək ki, turun əvvəlki oyunlarında "Neftçi" "Səbail"i (3:0), "Zirə" "Kəpəz"i (2:1) məğlub edib. "Araz-Naxçıvan" - "Qəbələ" matçında qalib müəyyənləşməyib - 1:1.

Xəbər 169 dəfə oxundu.