Qadın basketbolçular arasında Azərbaycan çempionatı keçiriləcək
Martın 15-də qadın basketbolçular arasında Azərbaycan çempionatı start götürəcək.

Azərbaycan Qadınlar Liqası adı altında keçiriləcək 2 dövrədən ibarət yarışda 6 komanda mübarizə aparacaq.

Bunlar "AzStars", "Alov", "Neftçi", "Xırdalan", "Gəncə" və "Qaradağ" klublarıdır.

Reqlamentə əsasən, müntəzəm mövsümün sonunda ilk 4 pilləni tutan komandalar "dördlər finalı"nda çempionun adına aydınlıq gətirəcəklər. Çempionatın oyunları Azərbaycan Texniki Universitetinin idman zalında keçiriləcək.

Xəbər 116 dəfə oxundu.