Azərbaycan gimnastı Dünya Kubokunda finala yüksəlib
Azərbaycan gimnastı Selcan Mahsudova Niderlandın Alkmaar şəhərində keçirilən Dünya Kubokunda finala yüksəlib.

O, batut gimnastikası üzrə yarışın həlledici mərhələsində iştirak hüququ qazanıb.

Qeyd edək ki, Azərbaycan millisi Niderlanda 4 gimnastla yollanıb. Selcan Mahsudova ilə yanaşı, Hüseyn Abbasov, Mehdi Əliyev və Nicat Mirzəyev də Dünya Kubokunda mübarizə aparırlar.

Xəbər 130 dəfə oxundu.