Azərbaycan voleybol millisi Antalyada təlim-məşq toplanışı keçəcək
Çimərlik voleybolu üzrə 18 yaşadək (U-18) oğlanlardan ibarət Azərbaycan millisi Türkiyənin Antalya şəhərində təlim-məşq toplanışı keçəcək.

Komanda bu məqsədlə qardaş ölkəyə yola düşüb.

Yığma orada braziliyalı mütəxəssis Joanildo Kosta Juniorun rəhbərliyi altında 14 gün hazırlıq keçəcək.

Voleybolçular Türkiyənin U-18 yığması və digər yerli komandalarla yoxlama oyunlarında güclərini sınayacaqlar.

Xəbər 111 dəfə oxundu.