“Böyük Dəbilqə”: Azərbaycan cüdoçuları ilk gündə 2 medal qazanıblar
Azərbaycanın daha bir cüdoçusu Bakıda keçirilən “Böyük Dəbilqə” turnirində bürünc medal qazanıb. 66 kiloqram çəki dərəcəsində çıxış edən Yaşar Nəcəfov üçüncü yer uğrunda görüşdə braziliyalı Villian Limanı məğlub edib. Bundan əvvəl Balabəy Ağayev (60 kiloqram) fəxri kürsünün üçüncü pilləsinə qalxıb. Azərbaycanın digər cüdoçuları - Rəşad Yelkiyev (66 kiloqram) və Aydan Vəliyeva (52 kiloqram) isə bürünc medal uğrunda görüşdə məğlub olublar.

Qeyd edək ki, fevralın 18-dək davam edəcək turnirdə Azərbaycan 32 cüdoçu ilə təmsil olunur.


Xəbər 191 dəfə oxundu.