Avropa çempionatı: Azərbaycanın qadın güləşçisi qızıl medal qazanıb
Azərbaycanın qadın güləşçisi Rumıniyanın paytaxtı Buxarestdə keçirilən Avropa çempionatında qızıl medal qazanıb.

50 kiloqram çəki dərəcəsində çıxış edən Mariya Stadnik finalda türkiyəli Evin Demirhana qalib gələrək fəxri kürsünün ən yüksək pilləsinə qalxıb.

Millinin digər üzvü Alyona Kolesnik (59 kiloqram) qızıl medal uğrunda görüşdə ukraynalı Alina Filipoviçlə üz-üzə gələcək.

Qeyd edək ki, Azərbaycan fevralın 18-dək davam edəcək Avropa çempionatında 25 güləşçi ilə təmsil olunur.

Xəbər 166 dəfə oxundu.