“Qarabağ”ın U-15 komandası beynəlxalq turnirdə 1/4 finala yüksəlib
“Qarabağ”ın 15 yaşadək futbolçulardan ibarət komandası Belarusun paytaxtı Minskdə təşkil olunan “Bizim gələcəyimiz” turnirində növbəti oyununu keçirib.

Vüqar Əsgərlinin baş məşqçi olduğu kollektiv yarışın qrup mərhələsində son matçına çıxıb.

Ağdam təmsilçisi III turda Belarusun BATE klubu ilə görüşüb. Oyun 1:1 hesabı ilə başa çatıb. “Qarabağ”ın qoluna 25-ci dəqiqədə Murad İbrahimli imza atıb.

İlk iki turda Rusiya təmsilçiləri “Zvezda” və “Olimpik”i eyni – 2:0 hesabı ilə məğlub edən “köhlən atlar” qrup mərhələsini 7 xalla başa vurub. “Qarabağ” B qrupunda 1-ci yeri tutaraq 1/4 finala yüksəlib.

Qeyd edək ki, növbəti mərhələnin matçları sabah keçiriləcək.

Xəbər 66 dəfə oxundu.