Azərbaycanın bədii gimnastları beynəlxalq turnirə yollanıblar
Bədii gimnastika üzrə Azərbaycan millisi Lüksemburqda keçiriləcək “LUXGR Cup 2024” adlı beynəlxalq turnirdə iştirak edəcək.

Yığma üzvləri bu məqsədlə artıq sözügedən ölkəyə yollanıblar.

Yarışda gənclər arasında Fidan Qurbanlı, Dəniz Abdullazadə, Sofiya Məmmədova və Nəzrin Abdullayeva, böyüklərdən isə Kamilla Seyidzadə və Mədinə Dəmirova çıxış edəcəklər.

Qeyd edək ki, turnir fevralın 10-11-də təşkil olunacaq.

Xəbər 69 dəfə oxundu.