“Qarabağ”ın U-15 komandası beynəlxalq turnirdə ikinci qələbəsini qazanıb
“Qarabağ”ın 15 yaşadək futbolçulardan ibarət komandası Belarusda keçirilən beynəlxalq turnirdə ikinci oyununu keçirib.

Minskdə təşkil olunan “Bizim gələcəyimiz” turnirində B qrupunda mübarizə aparan Vüqar Əsgərlinin baş məşqçi olduğu kollektiv Rusiya “Olimpik”i ilə qarşılaşıb.

İlk turda Rusiyanın digər təmsilçisi “Zvezda”ya 2:0 hesabı ilə qalib gələn “köhlən atlar” ardıcıl ikinci qələbəsini qazanıb. “Qarabağ” bu rəqibin qapısından da iki cavabsız top keçirib. Onur Əliyev 21-ci dəqiqədə hesabı açıb. 10 dəqiqə sonra Kəmaləddin Cəfərli rəqib qapısına yol tapıb.

Qeyd edək ki, Ağdam klubu qrupdakı son matçında Belarus təmsilçisi BATE ilə qarşılaşacaq.

Xəbər 65 dəfə oxundu.