Azərbaycan millisinin Avropa çempionatında iştirak edəcəyi heyət bəlli olub
Ağırlıqqaldırma üzrə Azərbaycan millisinin Bolqarıstanın paytaxtı Sofiya şəhərində keçiriləcək Avropa çempionatı üçün heyəti bəlli olub.

Azərbaycan Ağırlıqqaldırma Federasiyasından (AAF) AZƏRTAC-a verilən məlumata görə, 43 ölkədən 402 atletin (202 kişi + 200 qadın) iştirak edəcəyi yarışda ölkəmizi kişilərdə 8, qadınlarda isə 1 idmançı təmsil edəcək.

Kişilərdə İsa Rüstəmov, Tehran Məmmədov (hər ikisi 67 kiloqram), Ömər Cavadov (73 kiloqram), Ravin Alməmmədov, Füqan Əliyev (hər ikisi 81 kiloqram), Nurlan Məmmədzadə (89 kiloqram), Əli Şükürlü (102 kiloqram), Dadaş Dadaşbəyli (109 kiloqram) mübarizə aparacaq. Qadınlarda isə Nazilə İsmayılova (45 kiloqramda) qüvvəsini sınayacaq.

Qeyd edək ki, yarış 12-20 fevral tarixlərində keçiriləcək.

Xəbər 72 dəfə oxundu.