Azərbaycan Basketbol Liqası: “Neftçi” ikinci dövrdə də “Sabah”ı məğlub edib
Azərbaycan Basketbol Liqasında XIV tura start verilib.

Fevralın 7-də keçirilən oyunda günün yeganə qarşılaşması "Sabah" və "Neftçi" komandaları arasında olub. "Sərhədçi" İdman Mərkəzində keçirilən matç "ağ-qaralar"ın 101:87 hesablı qələbəsi ilə yekunlaşıb.

Bu komandalar arasında keçirilən ilk dövrənin oyunda da "Neftçi" "Sabah"ı məğlub etmişdi - 96:93.

Bu nəticələrdən sonra xallarını 25-ə çatdıran "Sabah" turnir cədvəlinə başçılıq edir. "Xəzri" 24 xalla 2-ci, eyni xala malik "Neftçi" 3-cü, "NTD-İndiqo" isə 23 xalla dördüncü pillədə qərarlaşıb.

Xəbər 99 dəfə oxundu.