“Qarabağ”ın U-15 komandası beynəlxalq turnirə qələbə ilə başlayıb
“Qarabağ”ın 15 yaşadək futbolçulardan ibarət komandası Belarusda keçirilən beynəlxalq turnirdə mübarizəyə başlayıb.

Vüqar Əsgərlinin baş məşqçi olduğu kollektiv Minsk şəhərində təşkil olunan “Bizim gələcəyimiz” turnirinin ilk turunda Rusiya “Zvezda”sı ilə görüşüb.

B qrupunda yer alan “köhlən atlar” bu qarşılaşmada 2:0 hesabı ilə qalib gəlib. Hesabı 9-cu dəqiqədə Əli Bəşirov açıb. Bu qoldan 4 dəqiqə sonra Ağdam təmsilçisinin qapıçısı Bilal Hacıyev penaltini dəf edərək rəqibin hesaba tarazlıq gətirməsinə imkan verməyib. Murad İbrahimovun 21-ci dəqiqədə fərqlənməsi isə “Qarabağ”ın üstünlüyünü iki topa çatdırıb.

Qeyd edək ki, Vüqar Əsgərlinin rəhbərlik etdiyi komanda qrupdakı digər iki matçını sabah keçirəcək. “Qarabağ” öncə Rusiya “Olimpik”i, ardınca Belarus BATE-si ilə qarşılaşacaq.


Xəbər 90 dəfə oxundu.