Qızıl Avropa Liqası: Azərbaycan millisinin oyunlarının təqvimi bəlli olub | |
Qadın voleybolçulardan ibarət Azərbaycan millisinin Qızıl Avropa Liqasındakı oyunlarının təqvimi bəlli olub. Faiq Qarayevin rəhbərlik etdiyi kollektiv ilk matçını mayın 17-də Osiyek şəhərində Xorvatiya seçməsinə qarşı keçirəcək. Yığma bu matçda nominal meydan sahibi olacaq. Azərbaycan millisi bir gün sonra isə eyni məkanda Slovakiyanı sınağa çəkəcək. Qeyd edək ki, milli komanda oyunlarını Xorvatiya ilə yanaşı, Rumıniya və Azərbaycanda da keçirəcək. 17 may 19:00. Azərbaycan – Xorvatiya Qradski tədris və idman zalı (Xorvatiya) 18 may 15:00. Slovakiya –Azərbaycan Qradski tədris və idman zalı (Xorvatiya) 24 may 17:00. Azərbaycan – Rumıniya “Sala Polivalenta” idman zalı, (Rumıniya) 25 may 17:00. İsveç – Azərbaycan “Sala Polivalenta” idman zalı, (Rumıniya) 31 may 18:00. Estoniya – Azərbaycan Gənclər və İdman Nazirliyinin Voleybol Mərkəzi |
|
Xəbər 80 dəfə oxundu. |
|
|