Azərbaycan badminton yığmasının Bakıdakı lisenziya turniri üçün heyəti dəqiqləşib
Badminton üzrə Azərbaycan millisinin Bakıda keçiriləcək “Azerbaijan International 2024” beynəlxalq turniri üçün heyəti dəqiqləşib.

Bakı İdman Sarayında təşkil olunacaq yarışda yığmanın 19 üzvü mübarizə aparacaq.

“Paris-2024” Yay Olimpiya Oyunlarına lisenziya xarakterli turnirdə Keişa Fatimə Zəhra, Nərmin Hüseynova, Fatimə Həsənzadə, Əminə İsmayılova, Leyla Camalzadə, Aysu Kərimzadə, Viktoriya Kumanyayeva, Era Maftuha, Nəzrin Mehralızadə, Həcər Nuriyeva, Nigar Səmədova, Sərxan Bağırov, Aqil Qabilov, Əli Gözəlov, Vaqif İsmayılov, Cahid Əlhəsənov, Rəvan Niftəliyev, Edi Reski Dviçayo və Dikki Dvi Pangestu qüvvəsini sınayacaq.

Azərbaycan badmintonçuları 5 kateqoriyanın hər birində təmsil olunacaqlar.

Yarış üçün təqdim olunan ilkin siyahıda milli komandanın 18 üzvünün adı yer almışdı.

Qeyd edək ki, “Azerbaijan International 2024” turniri fevralın 8-11-də keçiriləcək.

Xəbər 78 dəfə oxundu.