“Neftçi” Serbiyanın “Partizan” klubunu qəbul edəcək
“Neftçi” Avroliqanın qrup mərhələsi çərçivəsində Serbiyanın “Partizan” klubunu qəbul edəcək. Artıq oyunun biletləri sabahdan satışa çıxarıılacaq.
Biletlərin qiyməti yerindən asılı olaraq dəyişir. Belə ki, VİP sektorda matçı izləmək istəyənlər 50 manatından keçməli olacaq. VİP ətrafı mərkəzi sektorların qiyməti 10-15 AZN, digər sektorların qiyməti isə 2 AZN təşkil edir.
Qeyd edək ki, “Neftçi” – “Partizan” matçı noyabrın 2-də Tofiq Bəhramov adına respublika stadionunda baş tutacaq.

Xəbər 902 dəfə oxundu.