Azərbaycan millisi beynəlxalq turnirdə iştirak edəcək
17 yaşadək futbolçulardan ibarət Azərbaycan millisi beynəlxalq turnirdə iştirak edəcək.

Turnir yığmanın fevralın 14-dən 16-dək Bakıda, 17-dən 24-dək isə Belarusun paytaxtı Minskdə keçirəcəyi təlim-məşq toplanışı çərçivəsində reallaşacaq.

U-17 fevralın 18-də Belarusun U-18, 20-də Rusiyanın U-17 və 22-də isə Özbəkistanın U-18 komandası ilə qarşılaşacaq.

Turnirin final mərhələsinin oyunları isə fevralın 24-də baş tutacaq.

Xəbər 93 dəfə oxundu.