Türkiyəli baş məşqçi infarkt keçirib
Türkiyəli baş məşqçi infarkt keçirib. Hadisə PTT 1-də mübarizə aparan “Göztəpə”nin baş məşqçisi Kemal Kılıç evində istirahət edən zaman baş verib.
İnfarktdan sonra təcili xəstəxanaya çatdırılan Kılıçın vəziyyəti qənaət bəxşdi. Bu haqda klub prezidentinin müavini Sabri Sadıklar məlumat verib: “Çox şükür, indi vəziyyəti yaxşıdı. Xəstəxanada nəzarətdə qalır”.
Qeyd edək ki, klubun rəsmi saytında baş məşqçinin şikayəti əsasında xəstaxanaya yerləşdirildiyi bildirilib.

Xəbər 1118 dəfə oxundu.