Azərbaycanın daha bir cüdoçusu Qran-pridə medal qazanıb
Azərbaycan cüdoçusu Elcan Hacıyev Portuqaliyanın Odivelaş şəhərində keçirilən Qran-pridə uğurlu çıxış edib.

90 kq çəki dərəcəsində yer alan idmançı üçüncü yer uğrunda görüşdə israilli Quy Qurevitçə qalib gələrək bürünc medal əldə edib.

Eyni çəkidəki Vüqar Talıbov və Uşanqi Kokauri (+100 kq) mükafat qazana bilməyiblər.

Qeyd edək ki, daha əvvəl Turan Bayramov (60 kq), Kamran Süleymanov (66 kq), Səid Mollayi (81 kq) bürünc, Yaşar Nəcəfov (66 kq) gümüş medal əldə ediblər. Azərbaycan turnirdə 16 idmançı ilə təmsil olunub.

Xəbər 129 dəfə oxundu.