Rikardu Kuarejma Lissabonda həbs edilib
“Beşiktaş”ın portuqaliyalı yarımmüdafiəçisi Rikardu Kuarejma polisə hücum etdiyinə görə Lissabonda həbs edilib. Futbolçu məhkəmədə şahid qismində ifadə verib.
Məhkəmə iclasından sonra onun anası qarət edilib. Kuarejma cinayətkarın arxasınca qaçsa da, polis əməkdaşları buna mane olublar və nəticədə dava düşüb. Futbolçunun xəsarət yetirdiyi polis əməkdadaşı xəstəxanaya yerləşdirilib. İnsident bu gün araşdırılacaq.

Xəbər 1007 dəfə oxundu.