Premyer Liqa: “Zirə” öz meydanında “Sabah”a uduzub
Futbol üzrə Azərbaycan Premyer Liqasında XX turun növbəti oyunu keçirilib.

"Zirə" doğma meydanda "Sabah"la qarşılaşıb. Görüş qonaqların minimal hesablı qələbəsi ilə yekunlaşıb. Yeganə qolu 90+9-cu dəqiqədə penaltidən Sofyan Çakla vurub.

Bu nəticədən sonra xallarını 26-ya çatdıran "Sabah" yeddinci pilləyə yüksəlib. 30 xalı olan "Zirə" isə ikinci sırada yer alıb.

Qeyd edək ki, XX turun əvvəlki oyunlarında "Turan Tovuz" "Səbail"ə 3:1, "Qarabağ" isə "Kəpəz"ə 2:1 hesabı ilə qalib gəlib. Tura yanvarın 28-də keçiriləcək "Araz-Naxçıvan" - "Sumqayıt" və "Neftçi" - "Qəbələ" matçları ilə yekun vurulacaq.

Xəbər 152 dəfə oxundu.