Azərbaycan atıcısı Almaniyada keçirilən yarışda finala vəsiqə qazanıb
Azərbaycan atıcısı Vladislav Kalmıkov Almaniyanın Münxen şəhərində keçirilən "H&N Kuboku"nda uğurlu nəticə əldə edib.

İdmançı 10 metr məsafəyə pnevmatik tapançadan atəşaçmada fərqlənərək finala vəsiqə qazanıb.

Digər idmançımız Leyla Əliyeva isə 10 metr məsafəyə pnevmatik tapançadan atəşaçmada bürünc medala yiyələnib.

Xəbər 143 dəfə oxundu.