Azərbaycan atleti lisenziya xarakterli turnirdə bürünc medal qazanıb
Azərbaycan atleti Lamiyə Vəliyeva Qazaxıstanın Ust-Kamenoqorsk şəhərində olimpiya çempionu Olqa Rıpakova mükafatı uğrunda lisenziya xarakterli beynəlxalq turnirdə bürünc medal qazanıb.

Milli komandanın üzvü 60 metr məsafəyə qaçışda fəxri kürsünün üçüncü pilləsinə yüksəlib.

L.Vəliyeva məsafəni 7.67 saniyəyə başa vurub.

Xəbər 133 dəfə oxundu.