Pele əməliyyat olundu
Dünya futbolunun əfsanəsi Pele səhhəti ilə əlaqədar getdiyi xəstəxanada ayağından əməliyyat olunub. “Albert Eynşteyn” xəstəxanasında ayağına protez qoyulan Pelenin ailəsi bu barədə heç bir açıqlama verməyib. 72 yaşlı əfsanənin köməkçisi Joze Ovens əməliyyatın uğurla keçdiyini və çərşənbə günü evə buraxılacağını söyləyib.
Qeyd edək ki, 1958, 1962 və 1970-ci illərdə Braziliya millisinin heyətində 3 dəfə Dünya Çempionu adını qazanan Pele karyerası boyunca 1281 qola imza atıb.

Xəbər 812 dəfə oxundu.