Minifutbol üzrə Azərbaycan çempionatı: “Zirə” ardıcıl 5-ci qələbəsini qazanıb
Minifutbol üzrə Azərbaycan çempionatında V tura start verilib.

Çempionluğa iddiaçılardan “Zirə” ardıcıl 5-ci qələbəsini qazanıb.

Adıçəkilən komanda “Turan”la görüşdə rəqib qapısından 10 top keçirib.

Turun “Aznur” – “Dinamo Gəncə”, “Real Bakı” – “Birbaşa Bakı”, “Qalaxy Bakı” – “Odlar Yurdu” və “İnter” – “Baku Fire” oyunları bu gün baş tutacaq.

Azərbaycan çempionatı

V tur

“Abşeron” – “Siyəzən” 4:2

“Turan” – “Zirə” 1:10

“Sumqayıt” – “Veteran” 2:3

“Dirçəliş” – “Atəşgah” 6:3

Xəbər 128 dəfə oxundu.