“Sumqayıt” hazırlığını davam etdirir
Premyer Liqanın XIII turu çərçivəsində səfərdə “Neftçi” ilə qarşılaşacaq “Sumqayıt” hazırlığını davam etdirir. Komanda dünən “Dalğa Arena”da növbəti məşqinə çıxıb.
Heyətdə zədəli futbolçu yer almır. Komanda Bernhard Raabın rəhbərliyi altında bu gün Bayıl stadionunda növbəti məşqini keçirib.
Qeyd edək ki, A milli komandanın heyətində yer alan Səlahət Ağayev və Uğur Pamuk, U-21-lə Moldovada olan Slavik Alxasov və “Portu”nun düşərgəsində baxışda olan Orxan Əliyev hazırlıq prosesinə nisbətən gec qatılacaq.

Xəbər 862 dəfə oxundu.