Georgi Popeskunun adı korrupsiya qalmaqalında hallanır
Rumıniya milli komandasının sabiq oyunçusu, bir vaxtlar “Barselona” və “Qalatasaray”da da oynamış Georgi Popeskunun adı korrupsiya qalmaqalında hallanır. Məhkəmə Popeskunu dələduzluqda, vergidən pul yayındırmaqda təqsirli bilib və üç il müddətinə şərti cəzaya məruz qoyub.
O, Buxarest “Dinamo”sunun sabiq prezidenti Kristian Borça (7 il), “Styau”nın baş direktoru Mixay Stoyka (4 il), Buxarest “Rapid”in sahibi George Koposla 5 il) 1999-2005-ci illər ərzində Rumıniyadan 12 futbolçunun qanunsuz transferində günahlandırılıb.

Xəbər 923 dəfə oxundu.