EEVZA: Azərbaycan millisi ikinci oyununa çıxacaq | |
20 yaşadək voleybolçu qızlardan ibarət Azərbaycan millisi Litvanın Şaulyay şəhərində keçirilən Şərqi Avropa Voleybol Zonal Assosiasiyası (EEVZA) çempionatında növbəti oyununa çıxacaq. Şahin Çatmanın baş məşqçisi olduğu kollektiv Latviya yığması ilə üz-üzə gələcək. Qarşılaşma Bakı vaxtı ilə saat 14:00-da başlanacaq. Millimiz ilk matçında Estoniyaya 0:3 hesabı ilə uduzub. U-20 növbəti günlərdə Ukrayna, Litva və Polşa ilə də görüşəcək. Qeyd edək ki, yanvarın 7-dək davam edəcək yarış AVRO-2024-ə seçmə xarakter daşıyır. Reqlamentə əsasən, çempion qitə birinciliyinin final mərhələsinə vəsiqə əldə edəcək. |
|
Xəbər 129 dəfə oxundu. |
|
|