Dünən “Xəzər Lənkəran”ın əsas və əvəzedici heyətləri arasında oyun keçirilib
Dünən “Xəzər Lənkəran”ın əsas və əvəzedici heyətləri arasında oyun keçirilib. “Xəzər Lənkəran” stadionunun yardımçı meydançasında güclü yağış altında keçən qarşılaşmada əsas komanda “kiçik qardaşlarına” 2:1 hesabı ilə qalib gəlib.
Belə ki, son zamanlar fəallığı və dinamik oyunu ilə seçilən yunan hücumçumuz Dimitrios Sialmas bu oyunda da 2 dəfə fərqlənməyi bacarıb. Əsas komandanın qapısına vurulan yeganə qolun müəllifi isə Elnur Cəfərov olub.

Xəbər 957 dəfə oxundu.