Lionel Messi klub rəhbərliyini şoka salıb
“Barselona”nın ulduz futbolçusu Lionel Messi klub rəhbərliyini şoka salıb. Argentinalı ulduz futbolçu rəhbərlikdən ilinə 15 milyon funt tələb edib. Rəhbərlik onunla müqaviləni 2016-cı ilə qədər uzatmaq və oyunçuya ilinə 10 milyon vermək istəyib. Lakin 25 yaşlı futbolçunun bu qərarı “Barselona” rəhbərliyini sarsıdıb.
Messi bu mövsüm İspaniya çempionatında 11 oyunda 15 qol vurub və 5 məhsuldar ötürmə verib.

Xəbər 868 dəfə oxundu.