Azərbaycanın iki boksçusu Bakıdakı beynəlxalq turnirin qalibi olub
Ulu Öndər Heydər Əliyevin 100 illik yubileyinə həsr olunmuş beynəlxalq boks turniri keçirilib.

Yarışda Rusiya, Qazaxıstan və Azərbaycan idmançıları öz güclərini sınayıblar. Turnirdə ümumilikdə 6 peşəkar döyüş baş tutub.

76 kiloqram çəki dərəcəsində Azərbaycan boksçuları Cəmil Fərzəliyev və Elvin Qənbərov qarşılaşıblar. Bu görüşdə E.Qənbərov texniki nokautla qalib gəlib.

Eyni çəki dərəcəsində qazaxıstanlı Yerbolat Zeinolla İlham Hüseynlinin dueli Azərbaycan boksçunun məğlubiyyəti ilə başa çatıb.

59,8 kiloqram çəki dərəcəsində Azərbaycanı təmsil edən Ramazan Babayev və Rauf Ağayev arasında döyüş heç-heçə ilə nəticələnib.

66,7 kiloqram çəki dərəcəsində Ağacan Dərgahov qazaxıstanlı Dilşat Nurumla qarşılaşmanın 2-ci raundunda döyüşü davam etdirmək istəmədiyi üçün qələbə rəqibə verilib.

Azərbaycan idmançıları İsmət Eynullayevlə Məhəmməd Quliyevin (79 kiloqram) görüşü birincinin üstünlüyü ilə yekunlaşıb.

Eyni çəki dərəcəsində Azərbaycanı təmsil edən Cabbar İsmayılovla Maqomed Rəsulov arasındakı döyüş isə rusiyalı idmançının xeyrinə bitib.

Xəbər 155 dəfə oxundu.